Məmmədlidə yaşayış binasında güclü yanğın başladı

Abşeronda güclü yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə Məmmədli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb. Əlavə məlumat veriləcək. *** Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Abşeronda güclü yanğın başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Məmmədli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.