Kirayə mənzil mexanizminin qaydaları dəyişib – Dəyişiklər nədir? Kredit tarixçəsi önəmlidirmi?

Fondun açıqlamasına görə, 2020–2026-cı illərdə 17 ünvanda mənzillər təqdim edilib, 10 mindən artıq kirayə müqaviləsi bağlanıb.
İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizminə dair qaydalarında dəyişikliklər 1 oktyabr 2026-cı ildən qüvvəyə minib.
Banker.az xəbər verir ki, dəyişikliklərə əsasən, kirayəçi müqavilə bağlandıqdan 3 il sonra öhdəliyini başqa şəxsə ötürə biləcək. Öhdəliyini ötürən şəxs isə mexanizmdən təkrar istifadə etmək üçün 5 il gözləməli olacaq.Müraciət zamanı Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar mexanizmdən yararlana biləcəklər. Bundan əlavə, müraciətçinin kredit tarixçəsi qiymətləndiriləcək və yalnız “müsbət” və ya “qənaətbəxş” kredit tarixçəsi olan şəxslər müraciət edə biləcəklər.
Fondun məlumatına görə, 2020–2026-cı illərdə Bakı, Sumqayıt və Abşeron rayonunda 17 ünvanda mənzillər vətəndaşlara təqdim edilib, indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Dəyişikliklərə əsasən, kirayəçi müqavilə bağlandıqdan 3 il sonra öhdəliyini başqa şəxsə ötürə biləcək. Öhdəliyini ötürən şəxs isə mexanizmdən təkrar istifadə etmək üçün 5 il gözləməli olacaq.
Qayda dəyişikliyi kirayə mənzil mexanizminə tələbatın artdığı dövrə təsadüf edib. Fond oktyabrın 5-də açıqlayıb ki, sistemdə hər gün 100-dən artıq müraciət qeydə alınır, müraciət edənlərin sayı isə seçim üçün mövcud mənzilləri dəfələrlə üstələyir. Oktyabrın 6-dan yeni müraciətlərin qəbulu müvəqqəti dayandırılıb. Həmin tarixədək qeydiyyatdan keçmiş müraciətlər və növbəlilik üzrə prosedurlar davam etdirilir. Fondun məlumatına görə, 12 mindən artıq müraciətçiyə görüş günü barədə bildiriş göndərilib.
Mənzil fondu ilə müqayisədə müraciətlərin çox olması mexanizmin əlçatanlığına tələbin yüksək olduğunu göstərib. Bununla belə, Fondun açıqlamasına görə, 2020–2026-cı illərdə 17 ünvanda mənzillər təqdim edilib, 10 mindən artıq kirayə müqaviləsi bağlanıb.
İpoteka kreditləşməsində də tələbat qalır, lakin son dərc olunmuş səkkiz aylıq göstəricilər kredit verilişinin ötən ilin eyni dövründən aşağı olduğunu göstərir. Mərkəzi Bankın məlumatlarına istinadən yayılan xəbərə görə, 2026-cı ilin yanvar–avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 262,9 milyon manatlıq kredit verilib. Bu, illik müqayisədə 13,7% azdır. İlin ilk yarısında isə Fondun vəsaiti hesabına 2 242 kredit rəsmiləşdirilib və onların ümumi məbləği 226,3 milyon manat olub.
Fondun məlumatına görə, indiyədək onun vəsaiti hesabına 60 mindən çox ipoteka krediti verilib – kreditlərin ümumi məbləği 4,092 milyard manata çatıb.