PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

Köhnə binaların aqibəti necə olacaq? - Eldar Əzizovdan açıqlama
Cəmiyyət

Köhnə binaların aqibəti necə olacaq? - Eldar Əzizovdan açıqlama

“Bakının Baş Planı əsasında köhnə binaların söküntüsü ardıcıllıqla davam edir”. “Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. “Şəhər inkişafdadır, hər bir plan uğurla reallaşdırılır”- E.Əzizov qeyd edib.

35 il keçdi...
Xəbər

35 il keçdi...

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar tərəfindən 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanı ziyarət olunacaq.

Pensiyalar neçə faizlə indeksləşdirilib artırılacaq?
Cəmiyyət

Pensiyalar neçə faizlə indeksləşdirilib artırılacaq?

orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.

BP-də nə baş verir - DETALLAR bu yazıda!
Iqtisadiyyat

BP-də nə baş verir - DETALLAR bu yazıda!

İlham Şaban: “Şirkətin bu vəziyyətə düşməsi indiki deyil, bundan əvvəlki rəhbərliyin fəaliyyətinin nəticəsidir” Britaniyanın enerji nəhəngi bp ötən ilin dördüncü rübünün yekununda neft və qaz sektorunda hasilatın üçüncü rübdən aşağı düşəcəyini gözləyir. Şirkətin hesabatında qeyd edilib ki, mənfi dinamikanın davamlı olacağı gözlənilir.

Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi
Xəbər

Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Kimlərə ayda 400 manat veriləcək?
Xəbər

Kimlərə ayda 400 manat veriləcək?

Baş nazir məqsədli proqramların həyata keçirilməsi və kvotadan əlavə iş yerlərinin yaradılması qaydalarını təsdiq edib. Bu qaydalar Prezident İlham Əliyevin təsdiq etdiyi “Məşğulluq haqqında” Qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb. Nazirlər Kabinetinin son qərarlarından sonra artıq bu sahədə bütün qaydalar qüvvəyə minib.

AZAL Rusiyanın daha bir şəhərinə uçuşları dayandırdı
Xəbər

AZAL Rusiyanın daha bir şəhərinə uçuşları dayandırdı

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.