PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

Onlar 500 manat cərimə ödəyəcək
Cəmiyyət

Onlar 500 manat cərimə ödəyəcək

Çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə cərimə artırılır.

Qrossi: İran nüvə silahı yaratmağa yaxındır
Xəbər

Qrossi: İran nüvə silahı yaratmağa yaxındır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, İran öz nüvə silahını yaratmağa yaxındır. “Report” xəbər verir ki, o, bu barədə “Le Monde” qəzetinə müsahibəsində bildirib.

Ağ ev: ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər
Dünya

Ağ ev: ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər

Vaşinqton administrasiyası Çindən ABŞ-yə gələn müəyyən növ mallara 245 %-ə qədər rüsum tətbiq edə bilər. “Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Bu ölkəyə vizasız gedib-gələ biləcəyik
Xəbər

Bu ölkəyə vizasız gedib-gələ biləcəyik

Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. “Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında müzakirələr aparılıb. Qeyd edilib ki, bu, ölkələr arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

Gələn il Qarabağ Universitetində daha üç fakültənin açılması planlaşdırılır
Xəbər

Gələn il Qarabağ Universitetində daha üç fakültənin açılması planlaşdırılır

Qarabağ Universitetində birinci kursda 1100-dən çox tələbə təhsil alır və 200 əməkdaş çalışır. “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov aprelin 8-də ali təhsil müəssisəsində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda çıxışı zamanı deyib.

Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq
Cəmiyyət

Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq

Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq. Bu barədə "Report"un sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilir:

Bakıda orta əməkhaqqı 9 %-dən çox artıb
Xəbər

Bakıda orta əməkhaqqı 9 %-dən çox artıb

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 332,6 manat təşkil edib. Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar ayı ilinə nisbətən 9,2 % artıb.

EIB Azərbaycana investisiyaların həcmini açıqlayıb
Iqtisadiyyat

EIB Azərbaycana investisiyaların həcmini açıqlayıb

Avropa İnvestisiya Bankının (EIB) Azərbaycana investisiyalarının ümumi həcmi təxminən 80 milyon avro təşkil edir. Bu barədə “Report”a EIB-dən məlumat verilib. Bankdan xatırladıblar ki, 2024-cü ilin dekabr ayında “EIB Global” dövlət xidmətlərinin rəqəmsal infrastrukturunun inkişafı üçün 43 milyon avro məbləğində kredit sazişi imzalayıb.

İki il ƏDV-dən azad olacaq
Xəbər

İki il ƏDV-dən azad olacaq

İdxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilən xammal və materialların siyahısı genişləndirilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi barədə fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.