
“Bakcell” media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi
İnnovasiya lideri “Bakcell” media nümayəndələri ilə birlikdə Qarabağa səfər edib. “Bakcell” tərəfindən təşkil edilən “İnnovasiyaların Qarabağda tətbiqi” adlı iki günlük tədbir çərçivəsində innovasiya və süni intellektin Qarabağın bərpası, dövlət-özəl tərəfdaşlığı, təhsil ekosistemi, həmçinin media sahəsinin inkişafındakı rolu vurğulanıb.










