
Dünyanın ən varlı insanları bu il 1,4 trilyon dollar itirib - Siyahı
Dünyanın 500 ən varlı insanı 2022-ci ilin əvvəlindən 1,4 trilyon dollar itirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. Agentliyin məlumatına görə, dünyanın ən varlı 5 insanı cari il ərzində ümumilikdə 345 milyard dollar itirib.










