
Bakcell qazi və şəhid övladları üçün kurslar - TƏŞKİL EDİB
Bakcell şirkətinin şəhid və qazi övladları üçün təşkil etdiyi ödənişsiz ingilis dili kursları başa çatıb. “You Will Speak” təşkilatı ilə birlikdə həyata keçirilən layihədə müxtəlif bölgələrdən 50 uşaq iştirak edib. 8 ay müddətində onlayn keçirilən ingilis dili kurslarının sonunda uşaqların ingilis dili bilikləri qiymətləndirilib.










