
“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Müdafiə Nazirliyi
“Toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurularaq geri çəkilməyə məcbur edilib. Ermənistan ordusu atəşkəs razılaşmasına əməl etməyib və çirkin əməlləri davam etdirilib”. “Qafqazinfo” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.










