
İlham Əliyev: "Biz təklif etdik ki, hər iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar"
"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir". "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.










