
Qarabağda işləyən şirkətlərə - 120 MİLYON DOLLAR KREDİT AYRILIB
Macarıstanın «EximBank»ı Qarabağda quruculuq işlərində iştirak edən macar şirkətləri üçün 120 milyon dollar kredit xətti açıb.
2967 xəbər tapıldı

Macarıstanın «EximBank»ı Qarabağda quruculuq işlərində iştirak edən macar şirkətləri üçün 120 milyon dollar kredit xətti açıb.

Marja.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib. "İsrailin su emalı sahəsində tanınmış I.D.E. Water Assets Ltd şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb", - M.Cabbarov yazıb.

Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Əmlak ekspertləri deyirlər ki, Bakıda heç vaxt son vaxtlardakı qədər rus olmayıb. Əgər oktyabrın sonu onların burada əmlak aldıqları ortaya çıxsa, bazarı böyük sürprizlər gözləyir.

Azərbaycanda istilik mövsümünün dağ rayonlarında noyabrın 1-dən, Bakı şəhəri və digər rayonlarda isə noyabrın 15-dən başlanılması nəzərdə tutulur. İstilik mövsümü qanunvericiliklə tənzimlənir və “Azəristiliktəchizatı” ASC qanunvericiliyə uyğun olaraq zamanında istilik xidmətini işə salır.

Gələn ilin sonundan Şuşada 2500 nəfər yaşayacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Şəhərsalma Forumunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin sentyabrında orta hesabla 136,3 bənd təşkil edərək, avqust ayı ilə müqayisədə 1,5 bənd (1,1 faiz) azalaraq, ardıcıl 6 aylıq enişi qeyd edib. Sentyabr ayında İndeksin azalması bitki yağlarının beynəlxalq qiymətlərinin kəskin düşməsi və şəkər, ət və süd məhsullarının qiymətlərinin mülayim azalması ilə əlaqədardır. Yeni azalmaya baxmayaraq, İndeks ötən i

Bu il "Azəristiliktəchizat" şirkətinin "Azəriqaz"la bağlı heç bir problemi olmayacaq. FED.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədr müşaviri Ramil Məhərrəmov bildirib. O qeyd edib ki, artıq "Azəristiliktəchizat" şirkəti tərəfindən "Azəriqaz"la olan borcun 90 faizi ödənilib.

Sahibkarlıq sahəsində qanunsuz yoxlamaların qarşısının alınması və əmək qanunvericiliyinin tələblərinin qorunması baxımından sahibkarlıq sahəsində aparılan yoxlamalar və əmək qanunvericiliyi sahəsində müvafiq xətalarla bağlı məsuliyyətə cəlbetmə müddətinin 3 aydan 1 ilə artırılması təklif olunur.

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub. “Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, məktəbin 6 şagirdi zəhərlənib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər. İctimaiyyətə əlavə məlumat veriləcək.

Son illərdə bəzi Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən tikilib istifadəyə verilən yeni binalarda internet provayderlərlə bağlı problemlər yaşanır. Bina sakinləri istədikləri provayderi seçə bilmir. Seçim etmək istədikləri provayderlərə üz tutduqda qarşı tərəf həmin ərazidə fəaliyyət göstərmək icazəsinin olmadığını bildirir.

"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir". "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.