
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
İnnovasiya lideri Bakcell 21-ci əsrin proqramlaşdırma akademiyası olan Peerstack Academy ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində innovasiya və süni intellekt sahəsində potensial layihələrin icrası, real sənaye ehtiyaclarına uyğun proqramlaşdırma bacarıqlarının inkişafı və texnologiya sahəsində ixtisaslı kadrların yetişdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.










