PRESS REVIEW — PRA.AZ

Xəbərlər

2969 xəbər tapıldı

Büdcədə neftin qiyməti neçə dollardan götürüləcək?
Iqtisadiyyat

Büdcədə neftin qiyməti neçə dollardan götürüləcək?

“2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb”.  “Qafqazinfo” xəbər verir ki, bu Milli Məclisdə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.

Bakıda yaşayış binasında partlayış - Xəsarət alan var
Xəbər

Bakıda yaşayış binasında partlayış - Xəsarət alan var

Bakıda yaşayış binasında partlayış baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən yaşayış binalarının birinin 4-cü mərtəbəsində qaz sızmasından partlayış olub. Nəticədə mənzilin sahibi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Vatsapa giriş bərpa olundu - Yenilənib
Xəbər

Vatsapa giriş bərpa olundu - Yenilənib

“Meta” şirkətinə məxsus olan vatsap mesencerinin fəaliyyətində problem yaşanıb. “Qafqazinfo” xəbər verir ki, hazırda istifadəçilər mesencer vasitəsilə mesaj göndərə bilmirlər. Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində də istifadəçilər mesencerdə mesaj göndərməyin mümkün olmadığından şikayətlənirlər. Hələlik şirkət bununla bağlı rəsmi açıqlama yaymayıb.

Valideynlər övladlarını sosial şəbəkələrdən necə qorumalıdır?
Xəbər

Valideynlər övladlarını sosial şəbəkələrdən necə qorumalıdır?

Sosial şəbəkələr hər yerdə yanımızdadır, sanki bizim bir parçamızdır. Belə olan halda övladlarımızın təhlükəsizliyini təmin etmək üçün valideynlərin üzərinə xeyli iş düşür. Gəlin uşaqları virtual dünyanın təhlükələrindən qorumaq üçün bir neçə məsləhətə nəzər salaq.

Azərbaycan Rusiyaya - NOTA VERİB
Xəbər

Azərbaycan Rusiyaya - NOTA VERİB

Notada xüsusi vurğulanmışdır ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.

DYP: Bütün Bakı tıxacın içərisindədir
Xəbər

DYP: Bütün Bakı tıxacın içərisindədir

"Elə vaxt olub ki, biz 20 Yanvar dairəsinə bir tağım cəlb edirik ki, tıxaclar aradan qalxsın. Nəqliyyat vasitələrini yönləndirməklə tıxacın az faizinin qarşısını alırıq. Çünki, avtobuslar və taksilər tıxacın yaranmasının əsas səbəbidir”. APA xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini, polis polkovniki Malik İbrahimov deyib.

Bu il 184 uşaq övladlığa verilib, 91 uşaq ailəsinə qaytarılıb
Cəmiyyət

Bu il 184 uşaq övladlığa verilib, 91 uşaq ailəsinə qaytarılıb

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan 91 uşaq isə öz doğma ailəsinə reinteqrasiya edilib: