PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları - BƏYANAT YAYDI
Xəbər

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları - BƏYANAT YAYDI

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.

Vasif Talıbov - İSTEFA VERDİ
Xəbər

Vasif Talıbov - İSTEFA VERDİ

O, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb. Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb

Dolların güclü olmasının - 3 SƏBƏBİ
Xəbər

Dolların güclü olmasının - 3 SƏBƏBİ

Dolların dünya valyutalarına nisbətdə müəyyən dəyişkənliyi heç də onun çökmək üzrə olduğu demək deyil. FED.az xəbər verir ki,  ekspertlərin bildirdiklərinə görə, bu gün dollar imperiyasının sonu haqqında danışmaq tezdir, çünki dünya valyuta ehtiyatlarının təxminən 60%-i bu valyutada cəmləşib.

Dünya Bankı Ukraynaya 610 milyon dollarlıq yeni yardım ayırıb
Dünya

Dünya Bankı Ukraynaya 610 milyon dollarlıq yeni yardım ayırıb

Dünya Bankı (DB) Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün 610 milyon dolların ayrılmasını təsdiqləyib. “Dünya Bankı Qrupu bu gün davam edən müharibə şəraitində Ukraynaya kömək və yenidənqurma səylərini gücləndirmək üçün layihələri özündə əks etdirən yeni maliyyə paketini elan edib”, - açıqlamada bildirilir

Dünya çempionatı 3 ildən bir keçirilə bilərmi?
İdman

Dünya çempionatı 3 ildən bir keçirilə bilərmi?

FİFA prezidenti Canni İnfantino beynəlxalq futbolda inqilab etmək hər üç ildən bir dünya çempionatını keçirmək istəyir. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, İnfantino bunu idmana olan böyük maraqla əlaqələndirib. Lakin 2030-cu ilə qədər beynəlxalq futbol təqvimi təsdiqləndiyi üçün bu, hələlik mümkün deyil.

Alimlər: “Yer kürəsində kütləvi məhv 2100-cü ildə başlaya bilər”
Xəbər

Alimlər: “Yer kürəsində kütləvi məhv 2100-cü ildə başlaya bilər”

İqlim dəyişikliyi və Yer kürəsində planetin təbii ehtiyatlarının nəhəng istismarı nəticəsində canlı növlərinin kütləvi məhvi yaxın gələcəkdə baş verə bilər. “Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti avstraliyalı və avropalı alimlərə istinadən yazıb.

İranda etirazlarda ölənlərin sayı 500-ü ötüb
Xəbər

İranda etirazlarda ölənlərin sayı 500-ü ötüb

İranda etirazlarda 503 nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 69-nun yaşı 18-dən az olan şəxslərdir.