
Braziliya və Argentina vahid valyuta yaradırlar
Braziliya və Argentina bazar günündən etibarən Braziliya Prezidenti Lula da Silvanın Buenos-Ayresə səfəri zamanı vahid valyutaya hazırlıq işlərinə başlandığını elan etməyi planlaşdırırlar.
3028 xəbər tapıldı

Braziliya və Argentina bazar günündən etibarən Braziliya Prezidenti Lula da Silvanın Buenos-Ayresə səfəri zamanı vahid valyutaya hazırlıq işlərinə başlandığını elan etməyi planlaşdırırlar.

Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə görüşü zamanı deyib. “Mayın 14-də keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək sizlərlə, dəyərli gənclərim

Türkiyənin ən sürətli metro xətti olan Kağıthane-İstanbul Hava Limanı xətti istifadəyə verilib. “Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, yeni metro xəttinin açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Kağıthane-İstanbul Hava Limanı metro xəttinin uzunluğu 34 kilometrdir və Kağıthane, Eyüpsultan və Arnavutköy rayonlarından keçir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdı.

Dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə keçiriləcək anım tədbiri ilə əlaqədar, Bakının Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

“Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növünün qəbul edilməsinə çox böyük ehtiyac var”. APA xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib. Komitə sədri bildirib ki, bu, xüsusilə uşaqlara qarşı cinsi zorakılıqla bağlı qəbul edilməlidir:

2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2,0 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Xəbər verdiyimiz kimi, minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib. “Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov qərarı şərh edib. O bildirib ki, cədvələ əsasən, maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir.

Vatsap tətbiqi vasitəsilə internet olmadan da mesaj yaza bilmək mümkün olacaq. “Qafqazinfo” xaric yaradılarkən şəxsi məi KİV-ə istinadən xəbər verir ki, “Meta” platforması yeni funksiyanı yaxın zamanlarda istifadəyə verəcək. Platforma İrandakı etirazlar zamanı insanların internetsiz qalması şəraitində ünsiyyət qura bilməməsi zamanı bu yeniliyin effektiv olacağını düşünüblər.

2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub.