
İstifadə olunmayan məzuniyyətə görə iş yerindən - PUL TƏLƏB EDİLƏ BİLƏRMİ?
Bəzi işçilər müəyyən səbəblərdən uzun müddət məzuniyyət haqqından istifadə etmirlər. Bəs bunun əvəzindən iş yerindən pul tələb edilə bilərmi?Bu halda işçiyə pul verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.










