PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

Rusiya XİN BMT sülhməramlılarının Qarabağa göndərilməsi təklifinə münasibət bildirib
Xəbər

Rusiya XİN BMT sülhməramlılarının Qarabağa göndərilməsi təklifinə münasibət bildirib

“BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil. Regionda sülhün və təhlükəsizliyin bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir". “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev deyib.

Zəlzələdə ən çox ölüm halı qeydə alınan bölgə açıqlandı
Xəbər

Zəlzələdə ən çox ölüm halı qeydə alınan bölgə açıqlandı

Hatayda 1647, Kahramanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. O qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.

Seysmoloq: “Bakıda binalar o qədər yaxındır ki, zəlzələ olsa, domino daşı kimi hamısı yerlə bir ola bilər”
Xəbər

Seysmoloq: “Bakıda binalar o qədər yaxındır ki, zəlzələ olsa, domino daşı kimi hamısı yerlə bir ola bilər”

“Türkiyədə fasiləsiz zəlzələlərin hamısı bir ocaqdan qidalanır. Bunun səbəbi isə nəhəng Afrika platformasının bizim yerləşdiyimiz Avrasiya materikini şimala doğru sıxmasıdır. Uzun müddət davam edən və millimetrlə müşahidə edilən prosesin ölçüləri böyüyərək metrlərə çatdı, nəhayət, güclü təkana çevrildi”. Bunu Oxu.Az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.

Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
Xəbər

Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

Türkiyənin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub. Dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a, yaralıların sayı isə 22 168 nəfərə çatıb.

THY zəlzələ bölgəsinə geri dönüş uçuşlarını pulsuz etdi
Xəbər

THY zəlzələ bölgəsinə geri dönüş uçuşlarını pulsuz etdi

Türk Hava Yolları fevralın 13-dək zəlzələ bölgəsindəki 9 şəhərdən birbaşa uçuşların pulsuz olacağını açıqlayıb. Bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün açıqlama verib. Bildirilib ki, Adana, Diyarbəkir, Şanlıurfa, Elazığ, Kahramanmaraş, Malatya, Adıyaman, Qaziantep və Kayseridən birtərəfli uçuşlar fevralın 13-dək pulsuzdur.

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş
Xəbər

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu
Xəbər

Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu

"Space" TV-də rəhbər dəyişikliyi olub. Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. Onu "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib. Qeyd edək ki, M. Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.

Zəlzələ ilə bağlı göndərilən yardımdan niyə ƏDV tutulur? - Açıqlama
Iqtisadiyyat

Zəlzələ ilə bağlı göndərilən yardımdan niyə ƏDV tutulur? - Açıqlama

Məlum olduğu kimi, Türkiyədə ötən gün baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılardan əziyyət çəkən insanlara yardım kampaniyası başladılıb. Xilasetmə əməliyyatlarının aparıldığı ərazilərdə kömək etmək üçün Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin hesab nömrələrinə ödənişlər olunur.

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib
Dünya

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.

Dağıntılar altında 4 azərbaycanlı tələbə qalıb
Xəbər

Dağıntılar altında 4 azərbaycanlı tələbə qalıb

Malatyada bir binanın dağılması nəticəsində 4 tələbəmiz dağıntılar altında qalıb. “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. ARB24-də danışan diplomat bildirib ki, günortaya yaxın həmin tələbələrin dağıntılar altından çıxarılması üçün qazıntı işləri aparılırdı. Lakin yandakı iki binanın uçması nəticəsində xilasetmə işləri dayandırılıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı daha da artıb
Dünya

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı daha da artıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraş Pazarcıkda olan və 10 vilayətdə hiss edilən 7,7 bal gücündə zəlzələ ilə bağlı AFAD-ın qərargahında açıqlama verib. Marja xəbər verir ki, Prezident Ərdoğan, "İndiyə qədər 912 vətəndaşımız həyatını itirib. 2 min 470 nəfər xilas edilib. Dağıldığı müəyyən edilən binaların sayı isə 2 min 818-dir" deyib.