PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

Azərbaycanın qaz satışından gəlirləri il ərzində əlavə 300 mln dollar artacaq
Iqtisadiyyat

Azərbaycanın qaz satışından gəlirləri il ərzində əlavə 300 mln dollar artacaq

Yeni İstilik Elektrik Stansiyasının (İES) istismara verilməsi ilə Azərbaycanın təbii qaz satışından gəlirləri 200-300 milyon ABŞ dolları artacaq. Bunu “Report”a açıqlamasında energetik-alim Tahir Cəfərov dünən Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyması ilə bağlı tədbiri şərh edərkən deyib.

“Azərsu” qənaət rejiminə keçdi - Qrafiklərdə dəyişiklik
Xəbər

“Azərsu” qənaət rejiminə keçdi - Qrafiklərdə dəyişiklik

Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Bu barədə “Qafqazinfo”ya “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. A.Cəbrayıllı qeyd edib ki, “Azərsu” ASC-də sudan səmərəli və qənaətlə istifadə edilməsinə, bu sahədə təhlillərin aparılmasına dair xüsusi iclas keçirilib:

“Türkiyədə 153 min 506 mənzil təcili sökülməlidir”
Xəbər

“Türkiyədə 153 min 506 mənzil təcili sökülməlidir”

"Aparılan araşdırmalar nəticəsində məlum olub ki, 33 min 143 binada 153 min 506 mənzilin təcili sökülməsinə ehtiyac var". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi yayıb. Bildirilib ki, zəlzələdən təsirlənən 13 vilayətdə 236 min 410 binada zərərin qiymətləndirməsi aparılıb:

Apteklərdə qiymətlər buna görə bahadır
Xəbər

Apteklərdə qiymətlər buna görə bahadır

Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiyməti 2015-ci ildən başlayaraq Tarif Şurası tərəfindən tənzimlənsə də bu, ötən müddətdə qiymətlərin yüksək olması ilə bağlı şikayətlərin azalmasına səbəb olmayıb. Əksinə, son dövrlər narazılıqlar bir az da artıb. Hərçənd ki, qiymətlərin tənzimlənməsi əksər dərman vasitələrinin bir neçə dəfə ucuzlaşmasına səbəb olmuşdu.

Türkiyədə uçan binalarla bağlı saxlanılanların sayı artır
Xəbər

Türkiyədə uçan binalarla bağlı saxlanılanların sayı artır

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağılan binalarla bağlı araşdırma çərçivəsində 31 nəfər barəsində saxlanılma qərarı verilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Məlumata görə, hazırda sözügedən şəxslərin saxlanılmasına dair işlər aparılır. Saxlanılan şəxslərin sayının artacağı istisna edilmir.

Dünya Bankı Türkiyəyə 1 mlrd. 780 mln. dollarlıq dəstək verəcək
Dünya

Dünya Bankı Türkiyəyə 1 mlrd. 780 mln. dollarlıq dəstək verəcək

Dünya Bankı "əsrin f'əlakəti” sayılan Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bu ölkəyə dəstək olacağını açıqlayıb. , Dünya Bankı Türkiyə üçün 1 milyard 780 milyon dollarlıq yardım ayıracağını bəyan edib. Artıq fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün təxmini dəyərləndirilmə işlərinə də başlanılıb.

Azərbaycanda illik inflyasiya - AÇIQLANDI
Xəbər

Azərbaycanda illik inflyasiya - AÇIQLANDI

2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.