
Pensiyaların yenidən hesablanması qaydası dəyişdi
Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.
3028 xəbər tapıldı

Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.

İl ərzində 11 900 iş yeri ləğv edilib. Komitə bildirir ki, iş yerlərinin bağlanması həm müəssisə və təşkilatların ləğv edilməsi, həm də aparılan ixtisarlara bağlıdır. Bu dövrdə bağlanan iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Başqa sözlə, dövlət sektorunda 4680 iş yeri ixtisar edilib.

2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat təşkil etmişdir. Marja.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3415,3 manat, qeyri neft-qaz sektorunda 790,2 manat təşkil etmişdir.

Azərbaycanda fəaliyyətdə olan hüquqi şəxslər 2022-ci ildə dövlət büdcəsinə 8 mlrd. 522.5 mln. mənfəət vergisi ödəyiblər ki, bu da ölkə tarixində ən yüksək rəqəmdir. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2022-ci ildə dövlət büdcəsinə öncəki illə müqayisədə 5 milyard 564.1 milyon manat çox, yaxud 2.8 dəfə çox mənfəət vergisi ödəyiblər.


45 əyalət və 110 rayonda aktiv qırılmalar var Aktiv qırılma xəritəsi 45 əyalət və 110 rayonda 5,5 və daha yüksək zəlzələ yarada biləcək riskli yerlərin olduğunu ortaya qoydu. Ən uzun aktiv fay xətti Ərzincandan Niksar və Adapazarına qədər uzanan Şimali Anadolu kimi diqqət çəkdi. İstanbul və Ankarada aktiv qırılmalar olmasa da, bu bölgələrə yaxın aktiv qırılma xətləri də ciddi risk yaradır.

Bakının bəzi məktəblərində rəhbərlik tərəfindən şagirdlərə aprel ayının 15-dən etibarən dərsə məktəb tərəfindən müəyyən olunmuş geyim formasında gəlmələri ilə bağlı göstəriş verilib. Bu barədə “Qafqazinfo”ya valideynlər müraciət ediblər. Onlar bildirirlər ki, tədris ilinin sonunadək şagirdlərə yeni geyim formaları ilə yanaşı əvvəlki məktəbli formalarından istifadəyə icazə verilirdi.

“Çin Rusiya ilə müttəfiq olarsa, yeni dünya müharibəsi baş verəcək”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Çin Rusiya ilə müttəfiq olduğu təqdirdə, dünya müharibəsi baş verəcək. Çin hökuməti bundan xəbərdardır”, - deyə Zelenski qeyd edib.

Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Bununla bağlı Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat verib. Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.

"Gələcəkdə Azərbaycanda da bankomatların vətəndaşlara qəpik qaytarması mümkün ola bilər". Bunu "Report"a açıqlamasında Litvanın "BS/2" şirkətinin direktor müavini Kiril Ovsyannikov deyib.

2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu ilin yanvar ayının 1-i vəziyyətinə 10127145*) nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Kaspersky mütəxəssisləri 2022-ci ildə Azərbaycanda uşaqların ən çox ziyarət etdikləri saytların kateqoriyalarını təhlil ediblər. FED.az xəbər verir ki, bu məlumatlar 2022-ci il üçün Windows və macOS platformalarının istifadə olunduğu masaüstü kompüterlərdə müxtəlif kateqoriyalı resurslara edilən ziyarətlərin sayına dair Kaspersky Safe Kids-in anonim statistikasına əsaslanır.