
“Saudi Aramco” Çində neft emalı zavodu tikəcək
Səudiyyə Ərəbistanının Milli Neft Şirkəti “Saudi Aramco” Çində böyük neft emalı zavodu və neft-kimya kompleksi inşa edəcək. APA xəbər veri ki, bu barədə şirkətin saytında məlumat verilib.
3028 xəbər tapıldı

Səudiyyə Ərəbistanının Milli Neft Şirkəti “Saudi Aramco” Çində böyük neft emalı zavodu və neft-kimya kompleksi inşa edəcək. APA xəbər veri ki, bu barədə şirkətin saytında məlumat verilib.

AMB-nin uçot dərəcəsi ilə bağlı qərarı inflyasiyanı cilovlamaq məqsədi daşıyır. Ötən il AMB bu məqsədlə uçot dərəcəsini 100 baza bəndi artıraraq 8,25%-ə, bu il isə 25 baza bəndi artıraraq 8,50%-ə çatdırıb. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 8.50%, faiz dəhlizinin aşağı həddi 6.75%, faiz dəhlizinin yuxarı həddi isə 9.5% təşkil edir.

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim "Bodrumspor" klubunu ala bilər. "Report" yerli mətbuata istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis artıq I Liqa təmsilçisi ilə danışıqlara başlayıb. "Trabzonspor"un yeni prezidenti Ertuğrul Doğan Terimi baş məşqçi postuna gətirmək istəsə də, bu gerçəkləşməyib.

Hesablama Palatası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin icra etdiyi “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinin audit nəticələrini açıqlayıb.Azpost.info bildirir ki, bərbad şəkildə icra olunmuş bu layihədə çox ciddi qusurlar ortaya çıxıb.

2023-cü ilin fevral ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 124 milyon 930,1 min manat təşkil edib

İran son maliyyə ilində (21 mart 2022-ci ildən 20 mart 2023-cü ilə qədər) 4,2 milyard ABŞ dolları birbaşa xarici investisiya cəlb edib ki, onun da 2/3 hissəsi Rusiyanın payına düşüb.

Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın həqiqi və müxbir üzvlərinin əsərlərinə “Google Scholar”da istinadlarla bağlı statistika məlum olub.

Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyi proqnozlaşdırılır Bu gün planetin hər 3 nəfərdən birinin əli şirin suya çatmır. Communication Earth & Environment dərgisində dərc olunan məqalədə həm də dəniz sularının kəskin azalacağına dair proqnozlar verilir. Məqalədə 21-ci əsrin sonuna Şimal Dənizinin səviyyəsinin 2-3 metr, Xəzərin səviyyəsinin isə 9-18 metr! aşağı düşəcəyi yazılır.

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 5 milyard 877,6 milyon manat vəsait daxil olmuş, büdcədən 3 milyard 660,4 milyon manat vəsait xərclənmişdir.

Prezident İlham Əliyev E.N.Məmmədovun Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.

“Son günlər bəzi internet media resursları və sosial şəbəkələrdə Azərbaycanda quş yumurtasının bahalaşmasına dair əsası olmayan məlumat yayılıb. Bir sıra ekspertlər real vəziyyəti öyrənmədən yumurtanın “bahalaşması”nın səbəblərinə dair rəylər səsləndirirlər”.