PRESS REVIEW — PRA.AZ

Xəbərlər

2963 xəbər tapıldı

Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? – Şərtlər açıqlandı
Cəmiyyət

Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? – Şərtlər açıqlandı

Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur. Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxırlar.

Azərbaycan əhalisinin artım tempində azalma var – Səbəb nədir?
Xəbər

Azərbaycan əhalisinin artım tempində azalma var – Səbəb nədir?

Son illərdə ölkədə əhalinin artım tempində azalma müşahidə olunur. Rəsmi statistikaya əsasən müstəqillik dövründən bəri ölkədə ən aşağı göstərici ötən il qeydə alınıb. İlkin məlumatlara görə, ötən ilin ilk 10 ayında 80 min 802 uşaq dünyaya gəlib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ölkədə 102 min 310, 2023-cü ildə 112 min 620, 2022-ci ildə isə 122 min 846 uşaq anadan olub.

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da
Xəbər

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da

İnnovasiya lideri Bakcell müştərilər üçün yeni rəqəmsal satış platforması Bakcell Shop-u istifadəyə verib. shop.bakcell.com vasitəsilə istifadəçilər mobil cihazlar və müxtəlif texnoloji məhsulları onlayn formada əldə edə biləcəklər.

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə!
Xəbər

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə!

İnnovasiya lideri “Bakcell” və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. İnnovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib.

“Üçüncü görüş tezliklə baş tutacaq” - Zelenski
Dünya

“Üçüncü görüş tezliklə baş tutacaq” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli sülh danışıqlarının gedişatı və yaxın gələcəkdə planlaşdırılan üçüncü raund barədə danışıb. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Kiyevə qayıdan Ukrayna nümayəndə heyəti ilə görüşərək danışıqların təfərrüatlarını müzakirə edib.

Avropa Mərkəzi Bankı faizlə bağlı qərar verib
Xəbər

Avropa Mərkəzi Bankı faizlə bağlı qərar verib

Avropa Mərkəzi Bankı (ECB) cümə axşamı gözlənildiyi kimi faiz dərəcələrini dəyişməz saxlayıb, inflyasiyadakı azalmaya baxmayaraq, qeyri-müəyyən geosiyasi mühitlə bağlı xəbərdarlıqlarını davam etdirib.

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir
Xəbər

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. O, bu barədə Vaşinqtonda çıxışı zamanı bildirib.

Bu hallarda işdən çıxarıla bilərsiniz
Xəbər

Bu hallarda işdən çıxarıla bilərsiniz

Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tərəfindən hansı hallarda xitam verilə biləcəyi ilə bağlı müddəalar öz əksini tapıb. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər:

Fevralda kimin pulu nə qədər artacaq?
Xəbər

Fevralda kimin pulu nə qədər artacaq?

Əgər pensiyaçı hazırda məsələn, 500 manat pensiya alırsa, onun aylıq ödənişi təxminən 46 manat artaraq 546 manata çatacaq. Üstəlik, fevralda yanvar ayının da 46 manatlıq fərqi əlavə olunduğu üçün, vətəndaş həmin ay ümumilikdə 592 manat pul əldə edəcək. "Fevral ayında 1 milyon 100 mindən çox vətəndaşın pensiyası indeksləşdirilərək artırılacaq və bu artım yanvar ayından etibarən hesablanacaq".

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Xəbər

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

İnnovasiya lideri Bakcell 21-ci əsrin proqramlaşdırma akademiyası olan Peerstack Academy ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində innovasiya və süni intellekt sahəsində potensial layihələrin icrası, real sənaye ehtiyaclarına uyğun proqramlaşdırma bacarıqlarının inkişafı və texnologiya sahəsində ixtisaslı kadrların yetişdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.