PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3029 xəbər tapıldı

Yağış yağacaq, dolu düşəcək
Xəbər

Yağış yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Nazir müavini: “Bakıda əhalinin orta sıxlığı ölkə üzrə göstəricidən 9 dəfə çoxdur”
Xəbər

Nazir müavini: “Bakıda əhalinin orta sıxlığı ölkə üzrə göstəricidən 9 dəfə çoxdur”

Azərbaycanda əhalinin orta sıxlığı hər kv. km-də təqribən 92 nəfər, Bakı şəhəri aqlomerasiyasında 840 nəfər/kv. km, Abşeron iqtisadi rayonu üzrə 400 nəfər/kv. km təşkil edir. Bunu “Report”a müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov paytaxtda və ətraf ərazilərdə tıxacların artmasının səbəbini açıqlayarkən bildirib.

Bu yollarda da sürət həddi endirildi
Xəbər

Bu yollarda da sürət həddi endirildi

Daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

Dünyanın ən zəngin adamı açıqlanıb
Xəbər

Dünyanın ən zəngin adamı açıqlanıb

“Forbes” ən zəngin milyarderlərin illik reytinqini açıqlayıb. Siyahıya LVMH qrupunun (“Christian Dior”, “Louis Vuitton”, “Moet & Chandon” brendləri) sahibi Bernar Arno başçılıq edir. Sahibkarın və ailəsinin sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyard) qiymətləndirilir. 2022-ci ildə böhrandan sonra fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder olub.

Azərbaycanda dünyanın ən uzun tunellərindən biri - İNŞA OLUNUR
Xəbər

Azərbaycanda dünyanın ən uzun tunellərindən biri - İNŞA OLUNUR

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 40-a yaxın avtomobil yolu inşa olunmaqdadır.bu barədə çərşənbə axşamı "Proyapı" şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib. Onun sözlərinə görə, avtomobil tunellərinin əsas hissəsi Şuşa şəhəri istiqamətində inşa olunan yollarda cəmlənib.

Donald Tramp həbs edildi
Dünya

Donald Tramp həbs edildi

ABŞ-nin sabiq prezidenti Donald Tramp həbs edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Yarım saat ərzində Trampın məhkəməni sərbəst tərk edəcəyi gözlənilir. Qeyd edək ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər.

AİB: Azərbaycanda inflyasiya azalacaq
Iqtisadiyyat

AİB: Azərbaycanda inflyasiya azalacaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda orta illik inflyasiyanı 2023-cü ildə 7% proqnozlaşdırıb. "APA-Economics" Banka istinadən xəbər verir ki, AİB 2024-cü ildə Azərbaycanda inflyasiyanın 6,5%-ə qədər azalacağını proqnozlaşdırıb. "Bununla belə, ölkədə minimum əmək haqqı və pensiyaların artırılması inflyasiyaya təkan verə bilər”, - bank qeyd edib.

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib
Xəbər

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclisdə onun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib. “Report” xəbər verir ki, İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.