PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3029 xəbər tapıldı

Messi PSJ ilə bağlı qərarını verdi
İdman

Messi PSJ ilə bağlı qərarını verdi

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi cari mövsümün sonunda klubdan ayrılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 36 yaşlı hücumçu yayda mövsümün sonunadək olan müqaviləsini yeniləməyəcək. 35 yaşlı futbolçunun bu qərarı haqda artıq klub rəhbərliyinə məlumat verilib.

Yeni müavinətlər müəyyən ediləcək
Cəmiyyət

Yeni müavinətlər müəyyən ediləcək

“Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və birdəfəlik müavinətlər təyin ediləcək”.  “Qafqazinfo” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.

Bakıda salınacaq bulvarla bağlı YENİ DETALLAR
Xəbər

Bakıda salınacaq bulvarla bağlı YENİ DETALLAR

Bakıda, Bülbülə gölünün ətrafında yeni bulvar salınacaq. Gölün ətrafında yaşıl istirahət zonasının yaradılması nəzərdə tutulub. Yeni bulvarın nə vaxt salınıb istifadəyə veriləcəyi və layihədə hansı yeniliklərin olacağı maraqla qarşılanır. Baku.ws bu məqsədlə Bakı Abadlıq Xidmətinə müraciət edib və yeniliklər barədə məlumat alıb.

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək
Xəbər

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan Moskvada görüşəcək. APA xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyan bu gün keçirilən brifinqdə açıqlayıb. “Bununla bağlı ilkin razılıq var”, - Yeqoyan bildirib.

Azərbaycanda bu ay - 10 GÜN İŞ OLMAYACAQ
Xəbər

Azərbaycanda bu ay - 10 GÜN İŞ OLMAYACAQ

2023-cü ilin may ayı üçün bayramla əlaqəli qeyri-iş günləri məlum olub. 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Onu da qeyd edək ki, 2023-сü ildə mayın 28-i həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may tarixi istirahət günüdür.

Dolların gələcək taleyilə bağlı proqnoz verildi
Xəbər

Dolların gələcək taleyilə bağlı proqnoz verildi

Növbəti iclasda ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbərliyinin əsas uçot dərəcəsinin artırılması kursunu davam etdirəcəyi ehtimalı var. Bu isə dolların bahalaşa biləcəyi deməkdir. “Bloomberg”in məlumatına görə, bu tədbir daxili bazarda inflyasiyanın qarşısını almaq üçün lazımdır.

Rusiya neftin ixrac rüsumunu - ARTIRIB
Dünya

Rusiya neftin ixrac rüsumunu - ARTIRIB

Bu il mayın 1-dən Rusiya neftinin ixrac rüsumu simvolik olaraq 0,1 ABŞ dolları məbləğində artırılaraq 1 ton üçün 14,4 dollara çatdırılıb.