PRESS REVIEW — PRA.AZ

Xəbərlər

2971 xəbər tapıldı

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 29%-dən çox artıb
Iqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 29%-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 708,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 29% çoxdur. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 321,1 mln. manat səviyyəsində olub.

“Günay Bank”da 70 milyon manat əmanət bata bilər
Xəbər

“Günay Bank”da 70 milyon manat əmanət bata bilər

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib. “APA-Economics”in məlumatına görə, 2023-cü il aprel ayının 1-nə “Günay Bank”ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub.

Bakı əhalisi 1000 manatdan çox maaş alır
Xəbər

Bakı əhalisi 1000 manatdan çox maaş alır

Bakıda çalışan əhalinin orta aylıq maaşı açıqlanıb. Bakı Şəhər Statistika İdarəsindən (BŞSİ) “Qafqazinfo”ya verilən məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artıb.

Gürcüstanda daşınmaz əmlakın rusiyalılara satışı qadağan oluna bilər
Dünya

Gürcüstanda daşınmaz əmlakın rusiyalılara satışı qadağan oluna bilər

Gürcüstan parlamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklik layihəsini qeydə alıb. Dəyişikliyə əsasən 2024-cü ilin sonuna qədər Rusiya vətəndaşlarına daşınmaz əmlak satışının qadağan edilməsi nəzərdə tutulur.

Çempionlar Liqası: Bu gün ilk finalçı məlum olacaq
İdman

Çempionlar Liqası: Bu gün ilk finalçı məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Turnirin ilk finalçısı İtaliyada bəlli olacaq. Birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. “Cüzeppe Meatsa”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Iqtisadiyyat

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda real ÜDM-in artımını yenidən 2,5% proqnozlaşdırıb. "APA-Economics" xəbər verir ki, bu barədə AYİB-in yaydığı hesabatda bildirilib. Bank həmçinin 2024-cü il üzrə müəyyən etdiyi 2,7%-lik iqtisadi artım proqnozunu dəyişməyib. Başqa sözlə, AYİB bu ilin fevral proqnozuna hər hansı dəyişiklik etməyib.

İkinci turda xaricdən verilən səslər necə hesablanacaq?
Dünya

İkinci turda xaricdən verilən səslər necə hesablanacaq?

Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdə yaşayan türk seçicilər də seçkiyə gedəcək. Bunun üçün lazımi hazırlıq işləri görülür.  Bəs xaricdə keçirilən səsvermə prosesi bu turda necə olacaq?

“Bakcell” “Sabah”-“Beşiktaş” oyununa dəstək verib
Xəbər

“Bakcell” “Sabah”-“Beşiktaş” oyununa dəstək verib

13 may tarixində Bakıda "Bakcell"in dəstəyi ilə “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə oyunu keçirilib. Görüşdən əldə olunmuş bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Avtobuslarda gedişhaqqı artacaq? - RƏSMİ AÇIQLAMA
Xəbər

Avtobuslarda gedişhaqqı artacaq? - RƏSMİ AÇIQLAMA

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar yayılıb.