
«YouTube»da pul qazanmaq daha asan oldu- QAYDALAR DƏYİŞDİ
"YouTube" sosial platforması burada yerləşdirilən video kontentin monetizasiyası, yəni buradan qazanc əldə edilməsi qaydalarını dəyişib.
2969 xəbər tapıldı

"YouTube" sosial platforması burada yerləşdirilən video kontentin monetizasiyası, yəni buradan qazanc əldə edilməsi qaydalarını dəyişib.

Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13,5% artaraq 1168,7 milyon manat təşkil edib. “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xidmətlərin 76,7%-i əhali tərəfindən istehlak olunub.

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib. APA-nın Qarabağ bürosunun xəbər verir ki, Ağdama səfər zamanı qonaqlara minalı sahələr barədə məlumat verilib. Nümayəndə heyətinə Most Traveled People təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib ABŞ vətəndaşı Charles Veley başçılıq edir.

"Biz istənilən vaxt Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq. Şuşadakı Baş Konsulluğumuz açılsa, bu, bütün dünyaya, xüsusən də Ermənistana fərqli mesaj olar". "Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində vəsait yönəldilib.

Ankara İsveçdən terrorla mübarizə üzrə tələblərin daha təfərrüatlı yerinə yetirilməsini tələb etməyə davam edir, Stokholm isə hələlik bu tələblərə tam əməl etməyib, buna görə də Türkiyə iyunun 14-də keçiriləcək iclasda İsveçin NATO-ya müraciətini təsdiqləmək niyyətində deyil.

Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Bu barədə FHN-ə istinadən xəbər verir. Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.

Bakı bulvarı ərazisində skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.Yeni qaydalara əsasən, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb.

2023-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərlik zonalarında monitorinqlər keçirilib.

“Mərkəzi Bankın proqnozları illik inflyasiya üzərinə qurulub. İqtisadiyyat Nazirliyinin proqnozu ilə bizi proqnozumuz arasında fərq olması normaldır”. APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

İyulun 1-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara (Bakı-Sumqayıt-Bakı) kağız biletlərin satışını dayandıracaq.