
Türkiyə şirkətləri Qarabağa investisiyalarını artıra bilər
Azərbaycanla Türkiyə arasında işğaldan azad olunmuş ərazilərimizə Türkiyə şirkətlərinin investisiya yatırımının artırılması müzakirə olunub. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. Belə ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında dəyirmi masa formatında görüş keçirilib.










