
Rusiyada miqrantlar üçün tələblər sərtləşdirilir
Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarına qarşı tələbləri sərtləşdirən qanunları imzalayıb. Bundan sonra miqrantlar özlərini və Rusiyada yaşayıb himayələrində olan ailə üzvlərini regional əmsala vurulmuş yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməli olacaqlar.










