Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dövlət başçısı kimi Kuril adalarına səfər edib. “Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, səfər çərçivəsində Putin arxipelaqın ən böyük adası olan İturup adasında olub.
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dövlət başçısı kimi Kuril adalarına səfər edib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, səfər çərçivəsində Putin arxipelaqın ən böyük adası olan İturup adasında olub.
Bildirilib ki, bu, Rusiya Federasiyası tarixində prezidentin Kuril adalarına ikinci gəlişidir. Daha əvvəl Dmitri Medvedyev 2010-cu ildə prezident olarkən Kuril adalarına yollanıb.
Yaponiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya liderinin Cənubi Kuril adaları qrupuna daxil olan İturupa səfəri ilə bağlı bəyanat yayıb.
“Bu gün biz Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri barədə xəbər aldıq. Yaponiya bu səfərlə bağlı qətiyyətli etirazını bildirir”, - bəyanatda deyilir.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Sovet İttifaqı arasında mübahisəli Cənubi Kuril adaları ilə bağlı sülh müqaviləsi imzalanmayıb. Rusiya 2022-ci ildə Yaponiyanın Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq etməsi ilə əlaqədar olaraq bu məsələ üzrə danışıqları davam etdirməkdən imtina edib. Moskva həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulmasına dair dialoqdan da çıxdığını elan edib. Yaponiya Cənubi Kuril adaları qrupuna daxil olan 4 adanı özünün “şimal əraziləri” adlandırır.