
Türkiyə millisi AÇ-2024-də nə qədər gəlir əldə edib?
Türkiyə millisinin AÇ-2024-dən əldə etdiyi gəlir açıqlanıb. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, millinin AÇ-2024-dəki gəliri aşağıdakı kimidir: İştirak haqqı: 9 milyon 250 min avro Qalibiyyət bonusu: 2 milyon avro Son 16 mükafat: 1 milyon 500 min avro Cəmi: 12 milyon 750 min avro (21 847 604 manat)










