İtaliyanın “Roma” klubu baş məşqçi Joze Mourinyonu istefaya göndərib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla birlikdə bütün məşqçi heyəti ilə olan müqavilələrə də xitam verilib.
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən “Roma”nı çalışdırırdı.