PRESS REVIEW — PRA.AZ

Xəbərlər

353 xəbər tapıldı

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
Iqtisadiyyat

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,61 ABŞ dolları və ya 3,06% artaraq, 87,82 dollar təşkil edib.

Avro Bölgəsində inflyasiya aşağı düşdü
Iqtisadiyyat

Avro Bölgəsində inflyasiya aşağı düşdü

Eurostat-ın məlumatına görə, Avro Bölgəsində noyabrda illik inflyasiya oktyabrdakı 10,6 faizdən 10 faizə düşüb. Bu, 2020-ci ildən bəri ilk yavaşlamadır. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 10,4 faiz təşkil edirdi.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 22%-ə yaxın artıb
Iqtisadiyyat

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 22%-ə yaxın artıb

2022-ci il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19 mlrd. 470.8 mln. manat təşkil edib. "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 1,6%, ilin əvvəlinə olan göstəricidən 16,8 % çoxdur.

Əhalinin banklardakı əmanətləri 30%-ə yaxın artıb
Iqtisadiyyat

Əhalinin banklardakı əmanətləri 30%-ə yaxın artıb

Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il noyabrın 1-nə 11 milyard 500 milyon manata çatıb. "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar-sentyabr ayları ilə müqayisədə 2,4% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 29,4% artıb.

Avropada təbii qazın qiyməti 1 500 dolları ötüb
Iqtisadiyyat

Avropada təbii qazın qiyməti 1 500 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarını ötüb. “APA-Economics” xəbər verir ki, 30 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 526,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 464,3 dollar) ilə müqayisədə 4,3% çoxdur.

Avronun ucuzlaşması yenə Neft Fondunu “vurdu”
Iqtisadiyyat

Avronun ucuzlaşması yenə Neft Fondunu “vurdu”

Azərbaycan Respublikası Dövlət Neft Fondu cari ilin üçüncü rübünü də ciddi zərərlə başa vurub. Fondun açıqladığı rüblük hesabatdan aydın olur ki, 9 ayda qurum aktivlərin idarəedilməsindən 2 milyard 659,5 milyon ABŞ dolları (4 milyard 521 milyon manat) zərər edib.

Neft 2,9% ucuzlaşıb - SON QİYMƏT
Iqtisadiyyat

Neft 2,9% ucuzlaşıb - SON QİYMƏT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 2,9% azalaraq, 1 barelə görə 81,28 dollar təşkil edib.