PRESS REVIEW — PRA.AZ
Iqtisadiyyat

Türkiyədə inflyasiya 1,5 ildən sonra ilk dəfə yavaşlayıb

Türkiyədə inflyasiya 1,5 ildən sonra ilk dəfə yavaşlayıb

Türkiyə Statistika Qurumu (TÜİK) 2022-ci ilin noyabr ayı üzrə istehlakçı qiymətləri indeksini (inflyasiya göstəricisi) açıqlayıb. Marja xəbər verir ki, Noyabrda ölkədə illik inflyasiya 84,39 faiz təşkil edib (qiymətlər 2021-ci ilin noyabr ayı ilə müqauisədə 84,39% artıb).

Türkiyə Statistika Qurumu (TÜİK) 2022-ci ilin noyabr ayı üzrə istehlakçı qiymətləri indeksini (inflyasiya göstəricisi) açıqlayıb.

Marja xəbər verir ki, Noyabrda ölkədə illik inflyasiya 84,39 faiz təşkil edib (qiymətlər 2021-ci ilin noyabr ayı ilə müqauisədə 84,39% artıb).

Oktyabrda Türkiyədə illik inflyasiya 85,51 faiz olaraq qeydə alınmışdı. Beləliklə, inflyasiya il yarımdan sonra ilk dəfə yavaşlayıb.

İllik inflyasiya üzrə proqnoz 84,33% idi.

Qeyd edək ki, alim və iqtisadçıların yaratdığı inflyasiya araşdırma qrupu (ENAG - Enflasyon Araştırma Grubu) noyabrda Türkiyədə istehlak qiymətlərinin artımını da hesablayıb: İllik inflyasiya bir ay əvvəlki 186,27%-dən 170,7%-ə enib.  

Bu xəbəri bəyəndiniz?
Paylaş: