
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21% artıb
2023-cü ilin yanvar-aprel aylarında əsas kapitala 4580 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21.1 faiz çox vəsait yönəldilib. Banker.az bu barədə DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25.8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18.5 faiz artıb.










