
“Azərbaycanda kredit faizləri qonşu ölkələrdəkindən çox aşağıdır”
“Ləğvetmə prosesində olan “Bank Standart”ın 10 min 328 sayda əmanətçisinə ümumilikdə 437,38 milyon manat kompensasiya ödənilib. Bu isə 99 % deməkdir”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.










