PRESS REVIEW — PRA.AZ
Iqtisadiyyat

Azərbaycanın təbii sərvətlərdən qazandığı pullarının böyük hissəsi ABŞ-ın xidmətində olub

Azərbaycanın təbii sərvətlərdən qazandığı pullarının böyük hissəsi ABŞ-ın xidmətində olub

Azərbaycan 8 milyard 437 milyon dollarlıq ABŞ istiqrazları alıb. Uzunmüddətli istiqrazlara investisiyaların əksəriyyəti dövlət borc qiymətli kağızları vasitəsilə həyata keçirilmişdir ki, bu da sabit gəlirli qiymətli kağızlara investisiyaların 47%-ni təşkil etmiş və gəlirliliyi - (mənfi) 7,0% olmuşdur.

Azərbaycan 8 milyard 437 milyon dollarlıq ABŞ istiqrazları alıb.Uzunmüddətli istiqrazlara investisiyaların əksəriyyəti dövlət borc qiymətli kağızları vasitəsilə həyata keçirilmişdir ki, bu da sabit gəlirli qiymətli kağızlara investisiyaların 47%-ni təşkil etmiş və gəlirliliyi - (mənfi) 7,0% olmuşdur.Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilir.Qeyd edilib ki, ARDNF-nin dövlət borcuna ən böyük investisiyası ABŞ suveren istiqrazlarının payına düşür ki, bu da sabit gəlirli qiymətli kağızlara investisiyaların 27,7%-ni (8 milyard 437 milyon dollar) təşkil etmişdir. Qısası, Azərbaycanın təbii sərvətlərinin satışından əldə edilmiş gəlirlər istiqraz yerləşdirilməsi yolu ilə (ARDNF tərəfindən alınıb) ABŞ xəzinədarlığı tərəfindən cəlb edilərək istifadəsinə başlanılmışdır.

Bu xəbəri bəyəndiniz?
Paylaş: