PRESS REVIEW — PRA.AZ

Xəbərlər

17 xəbər tapıldı

Bəşəriyyət su problem ilə üz-üzə - Çıxış yolu nədir?
Araşdırma

Bəşəriyyət su problem ilə üz-üzə - Çıxış yolu nədir?

Su insana verilən ən qiymətli nemət olsa da, unutmayaq ki, o da tükənəndir. Proqnozlara görə, ilbəil bu problem özünü daha qabarıq şəkildə göstərir. İqlim dəyişmələri, sənayenin sürətli inkişafı, əhali artımı bu problemi daha da aktuallaşdırır. Problem o həddə çatıb ki, ölkələr arasında su üstündə qan tökülür, münaqişələr yaşanır.

Tıxaca səbəb olan məktəblər: Problemin həll yolu nədir? - ARAŞDIRMA
Araşdırma

Tıxaca səbəb olan məktəblər: Problemin həll yolu nədir? - ARAŞDIRMA

Dərslərin başlama və yekunlaşma saatlarında Bakıda bəzi məktəblərin qarşısındakı yollarda nəqliyyatın həddindən artıq sıxlığı müşahidə olunur. Mərkəzi hissələrdə yerləşən məktəblərin qarşısında isə böyük tıxaclar yaranır. Səbəb övladlarını məktəbə şəxsi nəqliyyat vasitələri ilə aparıb-gətirən valideynlərin çoxluğudur. Dərslərin başladığı və bitdiyi vaxt onsuz da pik saatlardır.

Dünyanın su problemi
Araşdırma

Dünyanın su problemi

Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyi proqnozlaşdırılır Bu gün planetin hər 3 nəfərdən birinin əli şirin suya çatmır. Communication Earth & Environment dərgisində dərc olunan məqalədə həm də dəniz sularının kəskin azalacağına dair proqnozlar verilir. Məqalədə 21-ci əsrin sonuna Şimal Dənizinin səviyyəsinin 2-3 metr, Xəzərin səviyyəsinin isə 9-18 metr! aşağı düşəcəyi yazılır.

Apteklərdə bəzi dərmanlar tapılmır, nazirlik rəsmisi isə qıtlıq olmadığını deyir - ARAŞDIRMA
Araşdırma

Apteklərdə bəzi dərmanlar tapılmır, nazirlik rəsmisi isə qıtlıq olmadığını deyir - ARAŞDIRMA

Son zamanlar Azərbaycanda bəzi dərman vasitələri, eləcə də onların əvəzediciləri tapılmır. “Report”un apardığı araşdırma zamanı “Paraferin”, “Panadol”, “Nurofen”, “Lazolvan” şərbətlərinin, “Diazolin” və “Pankreatin” həblərinin, “Taufon” göz damcısının, “Natrium xlorid” infuziya üçün məhlulun, “Depakin xrono” 300 mg, “Depakin xrono” 500 mg həblərinin apteklərdə satışda olmadığı aşkarlanıb.

Gömrük rüsumlarının Azərbaycanda qiymət artımlarına təsiri və imkanlar İQTISADIYYAT - MAKROIQTISADIYYAT
Araşdırma

Gömrük rüsumlarının Azərbaycanda qiymət artımlarına təsiri və imkanlar İQTISADIYYAT - MAKROIQTISADIYYAT

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətlər 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13.4 faiz bahalaşıb. Hazırda ölkədə qeydə alınan inflyasiya göstəriciləri, hətta, il ərzində iki dəfə devalivasiya yaşandığı və milli valyutanın iki dəfə dəyər itirdiyi 2015-ci ildən sonrakı dövrlə müqayisədə belə yüksəkdir.

“Qara cümə”nin real üzü - ARAŞDIRMA
Araşdırma

“Qara cümə”nin real üzü - ARAŞDIRMA

25 noyabr dünyada və Azərbaycanda “Black Friday”, yəni “Qara cümə” endirim festivalı kimi qeyd olunur. “Black Friday” ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükranlıq bayramından sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər.