PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Daşınmaz əmlak sahəsində tariflər tənzimləndi
Xəbər

Daşınmaz əmlak sahəsində tariflər tənzimləndi

Tarif (qiymət) Şurasının qərarı ilə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər və bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib. Yeni tariflərdə bir sıra güzəştlər nəzərdə tutulur.

Avqustda 43° isti gözlənilir - Aylıq proqnoz
Xəbər

Avqustda 43° isti gözlənilir - Aylıq proqnoz

Bu il avqust ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə (Böyük Qafqaz) normadan bir qədər çox olacağı ehtimal olunur.

Son günlərdə uşaqlarda müşahidə edilən qusma, hərarət nəyin əlamətləridir? - HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ
Xəbər

Son günlərdə uşaqlarda müşahidə edilən qusma, hərarət nəyin əlamətləridir? - HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ

Son bir ayda uşaqlar arasında qızdırma, halsızlıqla müşahidə edilən virus yayılıb. Belə ki, bu barədə bir çox valideynlər sosial şəbəkələrdə paylaşımlar edir. Ərazi üzrə poliklinikalarda çalışan pediatrlar da son günlərdə qızdırma, qusma, iştahasızlıqla bağlı şikayətlərlə gətirilən uşaqların sayında artım olduğunu təsdiq edirlər.

Azərbaycanda 28 min manat bonus alan həkim var
Xəbər

Azərbaycanda 28 min manat bonus alan həkim var

"Hazırda dövlət tibb müəssisələrində aylıq maksimum 28 000 manat bonus alan həkim-ürək-damar cərrahı, 12 000 manat bonus alan həkim-mama-ginekoloq, 8000 manat bonus alan həkim-travmatoloq, 7500 manat bonus alan həkim-ümumi cərrah və 2000 manat bonus alan həkim-kardioloq var". "Unikal" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Netanyahu İsraili süni intellekt sahəsində “supergüc”ə çevirmək istəyir
Xəbər

Netanyahu İsraili süni intellekt sahəsində “supergüc”ə çevirmək istəyir

İsrail hökuməti süni intellekt texnologiyalarının inkişafına əlavə 500 milyon şekel (135 milyon ABŞ dolları – Qeyd) ayırıb və ölkənin yaxın gələcəkdə bu sahədə dünya lideri olacağını gözləyir. Bunu İsrailin Baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib. Onun sözlərinə görə, İsrail hakimiyyəti süni intellekt texnologiyalarının inkişafı üzərində çox işləyir.

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib
Xəbər

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib

28 iyul 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Səfər Mehdiyevin fəaliyyətini yoxlamağı – DTX «SİFARİŞ EDİB» - DƏQİQLƏŞDİ
Xəbər

Səfər Mehdiyevin fəaliyyətini yoxlamağı – DTX «SİFARİŞ EDİB» - DƏQİQLƏŞDİ

Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (DMNX) Dövlət Gömrük Komitəsində (DGK) yoxlama aparıb və böyük yeyintilər aşkar edib.  FED.az xatırladır ki, 2018-2022-ci illər dövrünü əhatə edən – yoxlama zamanı 132 milyon manat məbləğində gömrük ödənişinin az hesablandığı və bu qədər vəsait dövlət büdcəsinə az ödənildiyin aşkar edilib.