Bakıda mənzil qiymətlərində yüksək artım gözlənilir? – AÇIQLAMA

16 Avqust 2023, 21:04
Bakıda mənzil qiymətlərində yüksək artım gözlənilir? – AÇIQLAMA
Bakıda mənzil qiymətlərində yüksək artım gözlənilir? – AÇIQLAMA

Hazırda Bakıda mənzil qiymətlərində stabilləşmə mövcuddur. Yay fəsli, adətən, belə olur, mənzil bazarında aktivlik aşağı düşür. Ötən ayın nəticələrinə əsasən, az da olsa, mənzil qiymətlərində ucuzlaşma var. Payızda isə ilin sonuna doğru, adətən, mənzil bazarında aktivləşmə müşahidə edilir. Əlbəttə, aktivləşmə qiymətlərə də təsir edəcək.bunu  "MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, qiymət artımları ehtimal edilsə də, artım tempinin ötənilki qədər yüksək olacağını zəruri edən amillər yoxdur.

“Ötən il bir sıra amillər mənzillərin qiymətində sürətli bahalaşmaya səbəb oldu. Rusiyada rublun bahalaşması oradan idxal etdilən mal və materiallarin qiymətinə də təsir edirdi. Təbii ki, bu qiymət artımı tikinti bazarına da təsirsiz ötüşmürdü. Amma bu gün əksinə, Rusiyada rublun ucuzlaşması müşahidə edilir. Eyni zamanda idxal olunan mal və materialların qiymətində də ucuzlaşma var.

Tikinti materiallarından həm taxta materialları, həm dəmir məhsulları kimi materiallarda qiymət azalması var və bu da Azərbaycanda mənzil bazarına da təsir edir. Bu baxımdan, mənzil bazarında yüksək qiymət artımı gözləmək olmaz. Yüksək qiymət artımını biz ötən il və bu ilin birinci yarısında müşahidə etdik”, - deyə o əlavə edib. (Trend)