
Şəxsi istifadə üçün gətirilən mobil cihazların qeydiyyatına görə - RÜSUM AZALDILIR
Fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğləri azaldılır.
1936 xəbər tapıldı

Fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğləri azaldılır.

Tədbirdə Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

“Azərbaycana qarşı sanksiyalar gündəmdə deyil”. “Qafqazinfo” xəbər verir ki, bunu Fransa xarici işlər naziri Katrin Kolonna “France 2” telekanalına açıqlamasında deyib. Qeyd edək ki, ötən gün Avropa Siyasi Birliyinin Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında Fransa Prezidenti Emmanuel Makron da bu haqda danışıb.

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Qeyd olunub ki, elektron sənəd qəbulu mərhələsi oktyabrın 5-dən 12-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 5-i saat 11:00-dan oktyabrın 1

“Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər”. “Report” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT” telekanalına müsahibəsində deyib.

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Sumqayıt şəhərinə Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahələri verilir. Bu gün Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

2023-cü ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərilib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən bildirilib.

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür. “Qafqazinfo” xəbər verir ki, bu sözləri "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiyada çıxışında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Azərbaycan qanunvericiliyinə görə, alıcıların istehlak etdikləri malların və xidmətlərin lazımi keyfiyyətdə olmasına, onların təhlükəsizliyinə, miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə hüququ var.

Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları müəyyənləşib Banker.az xəbər verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.