Hacıqabuldakı yanğında 5 nəfər öldü

Hacıqabulda ikimərtəbəli yataqxanada yanğın olub. Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə rayonunun Navahı qəsəbəsində baş verib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.
Hacıqabulda ikimərtəbəli yataqxanada yanğın olub.
Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonunun Navahı qəsəbəsində baş verib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
***
Yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Yanğın nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və bacısı 13 yaşlı Zəhra Sadıqova yanaraq ölüblər.
Hadisə zamanı 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.