
Alimlər yeni Günəş sistemi kəşf etdilər
Alimlər 6 planetin sinxron hərəkət etdiyi Günəş sistemi kəşf ediblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb. Günəş sisteminin tədqiqi üçün NASA-nın Transiting Exoplanet Survey Satellite (TESS) və Avropa Kosmik Agentliyinin CHEOPS Teleskopu istifadə edilib.










