
SOCAR Türkiyənin iki şəhərinə yatırılan investisiyaların həcmini açıqlayıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “SOCAR Türkiyə” törəmə şirkəti Kayseri və Bursa şəhərlərinin qazlaşdırılmasına 4 ildə 170 milyon ABŞ dolları həcmində investisiya yatırıb. “Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov bildirib.










