Zəfər Günü ilə bağlı ölkə məktəblərində tədbirlər keçirilib

7 Noyabr 2024, 20:23
Zəfər Günü ilə bağlı ölkə məktəblərində tədbirlər keçirilib
Zəfər Günü ilə bağlı ölkə məktəblərində tədbirlər keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 8 noyabr Zəfər günü və 9 noyabr Dövlət Bayrağı günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Sumqayıt şəhəri Vaqif İbrahim adına 35 saylı tam orta məktəbdə də şanlı Zəfər Bayramımız və Bayraq günü ilə bağlı tədbirlər baş tutub.  Məktəbin 2 d sinifində müəllim Fatimə Həşimovanın rəhbərliyi altında geniş tədbir keçrilib.

Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. Müəllim 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığını şagirdlərin diqqətinə çatdırıb. F. Həşimova Zəfər gününü tarixi əhəmiyyəti barədə danışaraq  qəhrəman oğullarımızın sayəsində  ermənilərin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq əməllərinə 44 gündə son qoyaraq əzmkar, şücaətli, qalib xalq, millət adını özünə qaytardığını vurğulayıb.

Tədbir bayram ovqatı ilə davam edib. Şagirdlər vətənpərvərlik mövzusunda, qələbə əhval-ruhiyyəli tamaşalar, şeirlər və musiqi nömrələri ilə bu əlamətdar günü qeyd ediblər.