PRESS REVIEW — PRA.AZ
Dünya

Türkiyədə yaşamaq istəyən investorların nəzərinə! - Qaydalar dəyişdi

Türkiyədə yaşamaq istəyən investorların nəzərinə! - Qaydalar dəyişdi

Yeni Qanuna əsasən, yaşayış icazəsinin müddəti investisiyanın məbləğindən asılı olacaq. Belə ki, ən azı 150 000 ABŞ dolları (255 000 AZN) investisiya yatıran əcnəbilər 3 illik, ən azı 200 000 ABŞ dolları (340 000 AZN) investisiya yatıranlar isə 5 illik yaşayış icazəsi üçün müraciət edə biləcək.

Türkiyədə yaşamaq istəyən xarici investorlar üçün yeni qaydalar tətbiq olunacaq.

Plat.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qanun imzalayıb.

Yeni Qanuna əsasən, yaşayış icazəsinin müddəti investisiyanın məbləğindən asılı olacaq.

Belə ki, ən azı 150 000 ABŞ dolları (255 000 AZN) investisiya yatıran əcnəbilər 3 illik, ən azı 200 000 ABŞ dolları (340 000 AZN) investisiya yatıranlar isə 5 illik yaşayış icazəsi üçün müraciət edə biləcək.

Qeyd olunub ki, investisiyanın yalnız ABŞ dolları ilə həyata keçirilməsi tələb olunmur. Digər xarici valyutalarla ödənilən vəsaitlər də qəbul ediləcək. Lakin investisiyanın məbləği müəyyən edilmiş minimum həddə uyğun olmalıdır.

Xarici investorlar bank depozitləri, dövlət istiqrazları, müəyyən edilmiş investisiya fondları və fərdi pensiya sistemi vasitəsilə sərmayə qoya biləcəklər. Həmçinin investisiya məbləğinin tələb olunan müddət ərzində qorunub saxlanılması şərti də nəzərdə tutulur. Belə ki, 3 illik yaşayış icazəsi üçün investisiya ən azı 18 ay, 5 illik icazə üçün isə minimum 30 ay qorunmalıdır.

Bu xəbəri bəyəndiniz?
Paylaş: