PRESS REVIEW — PRA.AZ
Dünya

2027-ci ildə aviabiletlər kəskin bahalaşacaq

Plat.az xarici mətbuata istinadən xəbər verir ki, İrlandiyanın "Ryanair" və Almaniyanın "Lufthansa" aviaşirkətlərinin rəhbərləri gələn il uçuş qiymətlərində tarixinin ən böyük artımının yaşanacağını təsdiqləyiblər. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, oktyabrda kerosinin qiyməti ötən illə müqayisədə 118% baha olub.

Yaxın Şərqdəki gərginlik və aviasiya yanacağının kəskin bahalaşması fonunda 2027-ci ildə aviabiletlərin qiymətinin 20%-dək artacağı gözlənilir.

Plat.az xarici mətbuata istinadən xəbər verir ki, İrlandiyanın "Ryanair" və Almaniyanın "Lufthansa" aviaşirkətlərinin rəhbərləri gələn il uçuş qiymətlərində tarixinin ən böyük artımının yaşanacağını təsdiqləyiblər. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, oktyabrda kerosinin qiyməti ötən illə müqayisədə 118% baha olub.

Artan xərclərdən qorunmaq istəyən aviaşirkətlər rentabelsiz marşrutları ləğv edərək bazarda təklifi azaldırlar. Lakin Macarıstanın "Wizz Air" kimi bəzi aviaşirkətləri əvvəlcədən sığortalanma (hedcinq) siyasəti yürütdüyü üçün qiymət artımı bütün marşrutlara və şirkətlərə eyni dərəcədə təsir etməyəcək.

Bu xəbəri bəyəndiniz?
Paylaş: