Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində ola bilər?

2 Noyabr 2023, 13:12
Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində ola bilər?
Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində ola bilər?

Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib. Hazırda hesablamalar aparılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sığorta elə bir şeydir ki, burada dəqiq hesablamalar olmalıdır: “Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik. Ümid edirəm ki, bu ilin sonuna qədər əlimizdə müəyyən hesablama və nəticə olacaq. Bunun əsasında açıqlama verə biləcəyik ki, hansı formada onkologiya icbari tibbi sığorta çərçivəsində qarşılanacaq”.