Xəbər verildiyi kimi, bir neçə gün əvvəl «Apple» şirkəti ənənəvi olaraq sentyabr ayı üçün yeni məhsullarını açıqlayıb, gözlənilən əsas məhsul – «iPhone 15» seriyası olub.
FED.az xatırladır ki, bu smartfonların qiymətləri 800-1200 dollar arasında dəyişəcək. «Apple»nin məhsulları ənənəvi olaran hər il yenilənir və artıq növbəti illər üçün yeni smartfonların xüsusiyyətləri ilə bağlı müzakirələr başlayıb.
Qeyd edək ki, bütün dünyada öz keyfiyyətli məhsulları ilə tanınan «Apple»nin çoxsaylı pərəstişkarları var və onların yeni məhsulları izləyərək hər il yeniləməyə çalışırlar.
Bununla yanaşı, «Apple» şirkəti təkcə öz «iPhone»ləri ilə deyil, həm də səhmlərinin gətirdiyi yüksək gəlirlərlə məşhurdur. Hesablamalara göstərir ki, illər əvvəl «Apple»nin səhmlərinə hətta böyük olmayan məbləğlər də yatırmaqla hazırda böyük vəsaitə sahib olmaq mümkün idi. Daha dəqiqi hər il yenilənən «iPhone»ləri almaqdaqnsa, həmin vəsaiti «Apple»nin səhmlərinə yatırıb, yüksək gəlirə sahib olmaq olardı.
«iPhone»ların illər üzrə qiymətlətlərini və həmin vaxt şirkətin səhmlərinin qiymətini nəzərə alanda bu nəticəyə gəlmək olur. Qeyd edək ki, hazırda «Apple» şirkətinin səhmlərinin qiyməti 179 dollar ətrafında dəyişir. Beləliklə,