Fitch: “Italiana Petroli”nin alınması SOCAR-ın biznes diversifikasiyasını yaxşılaşdıracaq

Bu qiymətləndirmədə şirkətə tarixən kapital və pul vəsaitlərinin ayrılması, həmçinin SOCAR-ın Azərbaycan iqtisadiyyatında mühüm rol oynaması nəzərə alınır. O bildirib ki, şirkətin kredit profilindəki dəyişikliklərə maliyyə göstəricilərinin yaxşılaşması da təsir göstərib.
“Italiana Petroli”nin alınması SOCAR-ın neft emalı və satış (“downstream”) istiqamətində diversifikasiyasını yaxşılaşdıracaq.
Banker.az xəbər verir ki, bunu “Fitch Ratings”in korporativ reytinqlər üzrə EMEA direktoru Jakub Zasada Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.O qeyd edib ki, “Fitch” SOCAR-ın reytinqini qiymətləndirərkən Azərbaycan hökuməti tərəfindən şirkətə göstərilə biləcək dəstəyi də nəzərə alır.
Zasadanın sözlərinə görə, SOCAR-a dövlət dəstəyinin göstərilməsi ehtimalı “son dərəcə yüksək” qiymətləndirilir. Bu qiymətləndirmədə şirkətə tarixən kapital və pul vəsaitlərinin ayrılması, həmçinin SOCAR-ın Azərbaycan iqtisadiyyatında mühüm rol oynaması nəzərə alınır.
O bildirib ki, şirkətin kredit profilindəki dəyişikliklərə maliyyə göstəricilərinin yaxşılaşması da təsir göstərib.
“Fitch” rəsmisi SOCAR-ın neft hasilatında azalma müşahidə edildiyini, bununla yanaşı, qaz hasilatının artdığını qeyd edib.
Zasada ötən il “Italiana Petroli”nin alınmasına da toxunaraq bildirib ki, “Fitch” bu əməliyyatın SOCAR-ın downstream biznesinin diversifikasiyasını gücləndirəcəyini gözləyir.