Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23%-dən çox artıb

24 Oktyabr 2024, 18:12
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23%-dən çox artıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23%-dən çox artıb

2024-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 28 404.6 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 18.5% çoxdur.

2023-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 23,4% və ya 5 mlrd. 386 mln. manat artıb.