
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb
İndoneziyanın Yava adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın “Kompas” qəzeti Qərbi Yava əyalətinin hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb. Məlumata görə, ölənlərin əksəriyyəti uşaqlardır.










