
İranda daha bir etirazçı edam edildi
İranın Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb. “Azad İran” “Telegram” kanalı bu barədə İranın Xorasan-e Rəzəvi əyalətinin ədliyyə idarəsinin rəisi Qulaməli Sadeqiyə istinadla bildirib. Qeyd edilir ki, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.










